“Bütövlükdə bütün dövlət büdcəsindən maliyyələşən şəxslərin hamısının pensiya yaşının 70 yaşa çatdırılması müəyyən suallar doğura bilər...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, səhiyyə, təhsil işçiləri vaxtından tez, ən potensial imkanları olan vaxt pensiyaya çıxırlar: “Buna görə də onların pensiya müddətlərinin uzadılmasında məntiq var. Dünən plenar iclasda çıxışımda da bunu dedim, müəllimlərə, həkimlərə şərait yaratmaq lazımdır ki, ən təcrübəli yaşlarında işləyə bilsinlər”, - deputat bildirib.