USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın Avropaya təbii qaz ixracı azalıb

01.06.2023 İqtisadiyyat
37 18
“Qazprom”un Avropaya təbii qaz ixracı may ayında 14,7 faiz azalıb.

Kommersant.az xəbər verir ki, Rusiyanın enerji nəhəngi "Qazprom"un Avropaya təbii qaz ixracatı may ayında bir əvvəlki aya görə yüzdə 14,7 azalıb.

May ayında Ukrayna vasitəsilə Avropaya qaz ixracı sutkada 75,6 milyon kubmetrdən 64,5 milyon kubmetrə qədər azalıb.

İlin ilk 5 ayında boru kəmərləri ilə Avropaya qaz ixracı 10,1 milyard kubmetr təşkil edib. Bütün 2022-ci ildə 62 milyard kubmetr ixrac edilib.