USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Commerzbank-dan dollar proqnozu

01.06.2023 İqtisadiyyat
20 6
Commerzbank il sonu dollar/TL proqnozunu 20-dən 25-ə yüksəltdiyi halda, 2024-cü il üçün il sonu gözləntisini 30 olaraq açıqlayıb.

Kommersant.az xəbər verir ki, Commerzbank-ın baş EM iqtisadçısı Tatha Ghose iyunun 1-də verdiyi hesabatda Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsindən sonra siyasətlərin istiqaməti ilə bağlı qeyri-müəyyənliyin artıq olmadığını yazıb.

Bloomberg HT-də yer alan xəbərə görə, Ghose, "Bu qələbə Ərdoğana qeyri-ənənəvi pul siyasətini davam etdirmək və millətçi siyasətini, bəlkə də konstitusiya dəyişiklikləri ilə daha da genişləndirmək səlahiyyəti verir" dedi və "Türk lirəsi bir dəfə dəyər itirməyə başladığı üçün yenə də valyutanın dəyəri aşağı salınacaq: “İnflyasiyaya keçid yenidən sürətlənəcək və nəticədə – azalan inflyasiya geri gəlməyə başlaya bilər”.