İki ölkə arasında ən böyük müdafiə ixracatı gerçəkləşdirilib.
"Kommersant" xəbər verir ki, Türkiyə və Pakistan arasında bir dəfəlik 30 ədəd "T129 ATAK" helikopterinin satışına yönələn saziş imzalanıb. Saziş, ən böyük birdəfəlik müdafiə sənayesi ixracı kimi yadda qalıb.
Türkiyənin müdafiə naziri Türkiyə və Pakistan arasında imzalanmış bu sazişin özündə helikopterlərlə yanaşı logistika, ehtiyat hissələri, təlim və döyüş sursatı kimi ortaqlıqları da nəzərdə tutduğunu bildirib. Həyata keçirilən saziş təqribən 1,5 milyard dollar məbləğində olub.