ECB sədri Laqard, əsas inflyasiyanın zirvəyə çatdığına dair dəqiq bir dəlil olmadığını ifadə edərək, faiz artımlarının davam edəcəyinə işarə etdi.
Kommersant.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Almaniyanın Hannover şəhərində keçirilən bank konfransındakı çıxışında pandemiyadan sonrakı tədarük zəncirindəki sarsıntılara, Rusiyanın Ukraynada başlatdığı müharibəyə və enerji böhranına diqqət çəkib.
2022-ci ilin əvvəlində inflyasiya artımının sürətləndiyini və 2022-ci ilin iyul ayından faiz artırmağa başladıqlarını xatırladan Laqard, həmin tarixdən etibarən faiz dərəcələrini mənfi 0,50 faizdən 3,25 faizə qaldıraraq 375 baz bənd faiz artımı edildiyini xatırladıb.
Laqard həmçinin faiz artımlarının inflyasiyada azalma tendensiyası yaratdığını və növbəti faiz artımlarında daha yavaş hərəkət etmələri lazım olduğunu vurğulayıb.