Ukraynanın Yenilənmə və İnfrastruktur Nazirliyi Rusiyanın Ukrayna limanlarında gəmilərin qeydiyyatını əngəlləməsi səbəbindən Qara dəniz taxıl dəhlizi sazişinin yenidən dayandırıldığını açıqlayıb.
Nazirliyin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda “İstanbuldakı Birgə Koordinasiya Mərkəzi iyunun 1-nə yoxlama planının hazırlanmasının mümkün olmadığını açıqlayıb, çünki Rusiya nümayəndə heyəti razılaşmaya əsasən donanmanı qeydiyyatdan keçirməkdən əsassız olaraq imtina edib”, deyilir.
Rusiya Qara dəniz taxıl dəhlizi sazişinin statusu ilə bağlı suallara cavab verməyib.