USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Benzin və dizellə işləyən avtomobillərin qiymətləri qalxacaq

02.06.2023 İqtisadiyyat
26 7
Avropa İttifaqı (Aİ) ölkələrinin avtomobil istehsalçıları daxili yanma mühərrikli avtomobillərə daha sərt emissiya qaydaları tətbiq edəcəyi gözlənilən Avro 7 standartlarının gözləniləndən baha başa gələcəyini bildirib.

Kommersant.az xəbər verir ki, Brüsseldə yerləşən Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2025-ci ilin iyul ayında avtomobillərə və yüngül ticari avtomobillərə, 2027-ci ilin iyul ayında isə ağır avtomobillərə tətbiq edilməsi planlaşdırılan Avro 7 emissiya standartları ilə bağlı açıqlama yayıb.

Yeni bir araşdırmanın Avro 7 standartlarının birbaşa xərclərinin AB Komissiyasının təxminlərindən 4 ilə 10 qat daha yüksək olduğunu təyin etdiyinə diqqət çəkən açıqlamada, "Avro 7 tənzimləməsi avtomobillərin, kamyonetlərin, yük maşınlarının istehsal xərclərini artıracaq" ifadəsindən istifadə edib.

Açıqlamada vurğulanıb ki, yeni standartlara uyğun olaraq, daxili yanma mühərrikli avtomobillər və mikroavtobuslar üçün bir avtomobilin qiyməti təxminən 2000 avro, dizel yük maşınları və avtobuslar üçün isə təxminən 12.000 avro təşkil edir.

  • Əvvəlki

    Bayden yıxılmağının ardından ictimaiyyət qarşısında rəqs edib

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0