USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya XİN-dən qaz tranzit açıqlaması

02.06.2023 İqtisadiyyat
38 19
Ukraynanın 2024-cü ildən sonra Rusiya ilə qaz tədarükü ilə bağlı müqaviləni yeniləməmək qərarı Aİ ölkələrinə böyük ziyan vuracaq.

Kommersant.az xəbər verir ki, Rusiya enerji daşıyıcılarının tranzitindən gəlirlərini itirən Kiyevin özü də zərər çəkəcək. Bu fikri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Əgər tranzit sazişi 2024-cü ildən sonra uzadılmasa, Ukrayna Rusiya qazını alan Aİ ölkələrinə zərbə endirəcək və eyni zamanda tranzitdən dividendlərini itirərək "ayağına güllə atacaq”, - deyə diplomat TASS agentliyi ilə söhbətində bildirib.

Bundan yalnız ABŞ faydalanacaq, Qaluzin əlavə edib.

“Belə vəziyyət Avropanın enerji ilə özünü təmin etməsinə mənfi təsir göstərəcək, lakin şübhəsiz ki, öz iqtisadi və siyasi asılılığına can atan və Ukrayna böhranından mümkün qədər çox qazanc əldə etməyə çalışan Vaşinqtonun sevincinə səbəb olacaq”, - deyə o, izah edib.

Qeyd edək ki, Ukrayna iyunun 1-dən Rusiya neftinin öz ərazisindən tranziti üçün tarifləri 25% qaldırıb.