USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Goldman Sachs-dan yeni kabinetdən sonrakı məzənnə proqnozu

05.06.2023 İqtisadiyyat
29 7
Xarici maliyyə qurumları və ekspertlər Mehmet Şimşəyin yeni kabinetə daxil edilməsini iqtisadiyyatda ortodoks siyasətlərə qayıtmaq üçün bir siqnal kimi qiymətləndirirlər. Goldman Sachs da kabinetdən sonra yeni məzənnə proqnozlaşdırıb.

Kommersant.az xəbər verir ki, 13-cü prezident seçilən Ərdoğanın yeni kabinetində beynəlxalq bazarlarda hörmətli bir ad olan Mehmet Şimşəyin Xəzinə və Maliyyə Nazirliyinə təyin edilməsi xarici maliyyə qurumları və ekspertlər tərəfindən “U-dönüş siqnalı” kimi dəyərləndirilir.

Bir müddət Londonda Merrill Lynch investisiya bankının EMEA sabit gəlir strategiyalarının başında iqtisadçı olaraq çalışmış Şimşək, qlobal investorların nəzərində Ərdoğanın “yüksək faiz dərəcələri” fikri ilə ziddiyyət təşkil edən ənənəvi iqtisadi nəzəriyyələr olduğunu söyləyib.

Reuters, Bloomberg və Financial Times kimi iqtisadiyyat məlumatlarında kabinetin açıqlanmasından sonra nəşr olunan ilk təhlillərində Şimşək adının bazarlardakı iqtisadi siyasətlərdə U-dönüş siqnalı olaraq görüldüyü qiymətləndirilir.

“Kapital axını yenidən başlaya bilər”

İnkişaf etməkdə olan bazarlar üzrə mütəxəssis olan və pul siyasətini tez-tez tənqid edən məşhur iqtisadçı Timothy Ash da Şişməyin təyinatından sonra “Şimşək təyin olunarsa, Türkiyə iqtisadiyyatının uçurumun kənarından geri sıçrama şansı var” ifadələrini işlədib.

Teneo konsaltinq firmasının türkiyəli eksperti Wolf Piccoli Middle East Eye-a deyib ki, “Ərdoğan kursunu dəyişsə və iqtisadiyyat komandasında etibarlı adlar qazanarsa, beynəlxalq investor üçün əhval-ruhiyyəni təzələyə bilər”. Pikkolinin sözlərinə görə, Türkiyədə kapital axınının yenidən başlaması ehtimalı mütləq var. Buna səbəb digər inkişaf etməkdə olan ölkələrin əhəmiyyətli bir hissəsində vəziyyətin Türkiyə ilə müqayisədə daha ağır olmasıdır.

Goldman Sachs-dan yeni məzənnə proqnozu

ABŞ-ın investisiya bankı Goldman Sachs 12 aylıq məzənnə proqnozunu daha əvvəl dollar/TL üçün 22 olaraq proqnozlaşdırıb. Hazərda bu rəqəm 28-ə yüksəldib. Nazirlər Kabinetində edilən dəyişikliklərdən sonra şənbə günü yeni proqnozlarını paylaşan bank, TL-də ucuzlaşmanın davam edəcəyini, dollar/TL məzənnəsinin üç ay ərzində 23-ə, 6 ayda 25-ə və 28-ə yüksələcəyini proqnozlaşdırıb. Bankın əvvəlki təxminləri eyni dövrlər üçün müvafiq olaraq 19, 21 və 22 səviyyəsi idi.

“Mehmet Şimşəyin yeni xəzinə və maliyyə naziri seçilməsi pul siyasətinin daha ortodoks istiqamətdə inkişaf etməsi ehtimalını artırır. Əsl məsələ TL-nin ciddi şəkildə zəifləyib-azalmayacağı deyil, nə vaxt zəifləyəcəyidir”, - deyə bank bildirib.

Baş verənlərə görə 28 səviyyəsinin bir ildən az müddətdə görülə biləcəyini ifadə edən bank, “Eyni şəkildə gözləniləndən yüksək faiz artımı olması halında lirə də gözlədiyimizdən daha az dəyər itirə bilər” deyir.