USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ NATO-nu tərk edir?

13.07.2018 İqtisadiyyat
0 0
Makron və Merkel Trumpı gözardı etdi.

"Kommersant" xəbər verir ki, NATO-nun zirvə görüşündən sonra keçirilən brifinqdə Trump müttəfiqlər tərəfindən "böyük irəliləyiş" əldə edildiyini elan edib. O həmçinin ABŞ-ın NATO-dan çıxacağı təqdirdə artacaq xərclər barədə danışıldığını da vurğulayıb.

Trump NATO-dan Konqresin razılığını almadan necə çıxacağına dair suala isə "Düşünürəm ki, bu mümkündür", - deyə cavab verib.

Görüş zamanı Fransa prezidenti Emanuel Makron və Almaniyanın kansleri Anqela Merkel isə Trumpın ödənişləri artırmaqla bağlı təklifini gözardı edərək, bu mövzuları 2014-cü ildə bütün dünya dövlətləri tərəfindən ortaq şəkildə müzakirə edib qərar qəbul etdiklərini bildiriblər.