USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat - ARTIRILIR

06.06.2023 İqtisadiyyat
12 35
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılır.

Kommersant.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (apa)

  • Əvvəlki

    2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər ilk oxunuşda təsdiq edildi

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0