USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətlərinə "qlobal" təzyiq

06.06.2023 İqtisadiyyat
26 3
Neft qiymətləri, Səudiyyə Ərəbistanının hasilatı azaltma bəyanatından sonra tədarük narahatlığına baxmayaraq, davam edən qlobal iqtisadi pisləşmə ilə azalır.

Kommersant.az xəbər verir ki, neft qiymətləri həftənin ikinci ticarət günündə ucuzlaşmaya meylli olsa da, Səudiyyə Ərəbistanının son illərdə ən böyük hasilatı azaltdığını elan etməsindən sonra ortaya çıxan tədarük narahatlığına baxmayaraq, davam edən qlobal iqtisadi narahatlıqlar qiymətlərin azalmasında təsirli oldu. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 11.22-yə olan bağlanış tarixi ilə müqayisədə 1,58 faiz azalaraq 75,53 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 71,69 dollardan alıcı tapıb.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 76,54-76,74 dollar diapazonunu müqavimət, 76,21-76,08 dollar diapazonu isə dəstək zonası kimi izləyə bilər.

Dünən 78,73 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 76,71 dollarla tamamlayıb.