USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir - Maliyyə naziri

06.06.2023 İqtisadiyyat
57 13
Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir.

Kommersant.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, Azərbaycanın borclanmaları götürərkən konkret hədəfləri və strategiyası var.

“Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”, - deyə nazir əlavə edib.