Rusiya OPEK-lə 2018-ci il sazişindən 2 qat qazanc əldə edəcək.
"Kommersant" xəbər verir ki, hazırda Rusiya neftinin 1 barelinin qiyməti 70 dollardır. Ekspertlər bildiriblər ki, Federasiyanın OPEK-lə 2018-ci ildə imzaladığı sazişə əsasən, bu il gəlirlərin 2 qat artacağı gözlənilir.
Əgər qiymətlər 70 dollar səviyyəsində qalarsa, Rusiyanın illik gəliri 2,5 trilyon, neftin qiyməti 75 dollara qalxarsa, illik gəlir 3 trilyon olacaq.
Qeyd edək ki, 2017-ci ildə Rusiyanın neftdən götürdüyü gəlir 1,2 trilyon rubl olmuşdu.