USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

300 manat bir həftəlik yaşayışa bəs edir - Vahid Əhmədov

07.06.2023 İqtisadiyyat
18 8
300 manat adamın bir həftəlik yaşayışına bəs edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vahid Əhmədov deyib.

"Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə onlara iş verməliyik. 300 manat adamın 1 həftəlik yaşayışına bəs edir”, - deputat vurğulayıb.

Millət vəkili dərman və ərzaq qiymətlərinin də diqqət saxlanılmasının vacibliyini vurğulayıb.

"Əhalini dərman və ərzaq qiymətlərini nəzərə almalıyıq. Əmək haqqlarının 10% artırılması gözlənilir. Amma bu artım sadəcə inflyasiya qarşısında balansı bərpa edir. İqtisadiyyat Nazirliyi ciddi monitorinqlər aparmalıdır. Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq nə qədərdir? – deputat bildirib./Anews.az