Azərbaycanda bir müddətdən sonra Uber və Bolt taksi xidmətlərinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər yayılıb. Rəqəmsaal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu şirkətlərin internetə çıxış pqoqramı bağlanır. Bununla da aqreqatorlar üzərindən sifariş vermək mümkün olmayacaq.Digər tərəfdən, ölkədə taksi xidmətinin yenidən qurulacağı və müasir standartlara uyğun formalaşdırılacağı qeyd olunur. Bu məlumatlar isə əhali arasında narazılığa səbəb olub. Onlar bildirir ki, Uber və Bolt ləğv edilsə, 50 minə yaxın taksi sürücüsü işsiz qalacaq. Həmçinin bu məsələnin monopoliyaya gətirib çıxaracağı ilə bağlı fikirlər də səsləndirilir.
Bəs, doğrudan da Uber və Bolt-un fəaliyyəti dayandırılacaqmı? Bu həyata keçərsə, taksi xidməti bahalaşa bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bu addım xarici investorlar üçün də xoşagəlməz olacaq:
“Çox sərt bir strategiyadır. Dövlət orqanları Bolt və Uber-in fəaliyyətinin dayandırılma səbəbi ilə bağlı məlumat verməlidir. Bu, Azərbaycanın beynəlxalq imicinə də böyük zərbə vuracaq. Hökumət dəfələrlə xarici inversorları ölkəyə cəlb etmək üçün fəaliyyət göstərdiyini açıqlayıb. Lakin beynəlxalq şəbəkə şirkətlərinin ölkədən çıxarılması və ya onların fəaliyyətlərinə məhdudiyyətlər qoyulması investorlar, xarici şirkətlər üçün çox pis bir siqnaldır”.
Onun sözlərinə görə, taksi xidmətlərində yaranan fərdi problemlərə görə ümumi addım atmaq doğru deyil:
“Onların fəaliyyətində hansısa qanunsuzluqlara rast gəlinibsə, ona uyğun addım atılmalıdır. Müqavilələrin yenilənməsi, fəaliyyətin tənzimlənməsi üçün müəyyən vaxt verilməlidir. Bu zaman da düzəlməsə, hansısa cərimə tətbiq oluna bilər. Amm indiki şəraitdə birdən-birə dövlət orqanları onlara qarşı aqressiv fəaliyyət göstərir. Hansısa fərdi problemlərlə bağlı şirkətlərin cəzalandırılması doğru deyil. Bəzən xəbərlər yayılır ki, sürücülər özlərini yaxşı aparmır, narkomaniya problemi var. Bu fərdi problemdir, şirkətin problemi deyil. Ölkədə taksi sürməyən narkoman yoxdur? BuŞ onun fərdi cinayəıtdir. Fərdi cinayətə görə də fərdi cəzalar olnmalıdır”.
N.Cəfərli sonda taksi xidmətlərinin bahalaşacağını bildirib:
“Taksi qiyməti son 10 ildə Azərbaycanda ucuzlaşan yeganə iqtisadi sahədir. Bəzi sahələrdə, ərzaq, dərman preparatlarında 2-3 dəfə artım olub. Taksi xidməti isə nəinki artmayıb, hətta ucuzlaşıb. Əhali də bundan razıdır. İndi isə onların sıxışdırılıb çıxarılması bazara yeni daxil olan Ukrayna taksi şirkətinin önünü açmaqdan başqa bir şey deyil. Həmin şirkət inhisarçıya çevriləcək. Rəqabət olmayacaqsa, ölkədə taksi xidmətində ciddi bahalaşma olacaq”.