USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il SKMF xətti ilə sahibkarlara 100 mln. manatdan çox güzəştli kredit verilib

13.07.2018 İqtisadiyyat
0 0
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Quba rayonunun Timiryazev kəndində keçirib.

Nazirlikdən "Kommersant"a verilən məlumata görə, forumda Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan meyvə-tərəvəz və süd emalı, quru meyvə, tara, pivot suvarma sistemləri, xalça və yun iplik istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

SKMF-in icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 622 sahibkarın ümumi dəyəri 468 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 100,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

O qeyd edib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 2600-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 196,8 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,3 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrin inkişafına, logistik mərkəzin yaradılmasına yönəldiləcək. Güzəştli kreditlərdən istifadə etməklə bu layihələrin reallaşdırılması hesabına 120-dən çox yeni iş yeri yaradılacaq.

Qeyd edək ki, son illər 27 bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının yaradılmasına 55 mln. manat güzəştli kredit verilib.

  • Əvvəlki

    Rusiyanın gəliri 2 qat artır

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0