USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Texnologiya şirkətləri 200.000 nəfəri ixtisar etdi

07.06.2023 İqtisadiyyat
26 40
Son zamanlar qlobal şirkətlərdə işdən çıxarılma tendensiyası bu ilin ilk 5 ayında pik həddinə çatıb.

Kommersant.az xəbər verir ki, son zamanlar qlobal şirkətlərdə işdən çıxarılma tendensiyası bu ilin ilk 5 ayında pik həddinə çatıb.

Kovid-19 epidemiyasının başlanğıcından bəri texnologiya dünyasında işdən çıxarılmaları təqib edən Layoffs.fyi məlumatlarına görə, texnologiya şirkətlərində ixtisarlar artmaqda davam edir. Google, Microsoft və Amazon da daxil olmaqla şirkətlər 2023-cü ildə də işdən çıxarmağa davam edir.

Layoffs.fyi-nin məlumatına görə, ilin əvvəlindən bəri dünyada 718 texnoloji firma 200 000 iş yerini ixtisar edib. Ötən il 1056 texnologiya şirkəti 165 minə yaxın insanı işdən çıxarıb.

Texnologiya şirkətləri ilin ilk ayında 90 min işçisi ilə yollarını ayırıb. 2023-cü ilin yanvar ayı epidemiya başlayandan bəri texnologiya sektorunda ən çox işdən çıxarılan ay olub. 2022-ci ilin yanvar ayında cəmi 510 nəfər işdən çıxarılıb.

2023-cü ilin yanvar-mart ayları texnologiya sənayesində işçilərin işdən çıxarılması üçün ən pis rüb olub. Birinci rübdə 186 454 nəfər işdən çıxarılıb. Epidemiyanın başladığı dövrə təsadüf edən 2020-ci ilin birinci rübündə 9628 nəfər işdən çıxarıldığı halda, 2020-ci ilin 4-cü rübü 1539 nəfərlə ən az adamın işdən çıxarıldığı dövr olub.