USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aras Kargo Azərbaycan investisiyası ilə Mərkəzi Asiyaya açılır

07.06.2023 İqtisadiyyat
32 5
Aras Kargo beynəlxalq bazarlara açılma strategiyasında Aras Global brendi ilə əhəmiyyətli bir irəliləyiş əldə etdi. Bu strategiyanın ilk addımı olaraq Azərbaycanın aparıcı yük şirkətlərindən olan Starex brendi ilə xidmət göstərən Star Express-in səhmlərinin 75 faizini alıb.

Kommersant.az xəbər verir ki, Aras Cargo Azərbaycanın aparıcı yük şirkətlərindən olan Starex brendi ilə xidmət göstərən Star Express-in səhmlərinin 75 faizini alıb və Aras Global ilə Azərbaycanda yük xidmətləri göstərməyə başlayıb.

Şirkətdən verilən məlumata görə, Aras Kargo Starex investisiyası ilə Orta Asiya bazarı üçün mühüm tramplin əldə edib. Bu yolla, Aras Kargo Türkiyədən gələn e-ticarət şirkətlərinin beynəlxalq bazarlara çıxışı üçün strateji iş ortağı olaraq e-ticarətdə istehlakçı təcrübəsini inkişaf etdirəcək. Bu sərmayə ilə qlobal bazarda effektivliyini artıran Aras Kargo, oxşar sərmayələri digər Türk Cümhuriyyətlərində də davam etdirməyi planlaşdırır.

Aras Kargo bu alışla müştəriyə və alıcıya bir çox üstünlüklər verəcək. Azərbaycanlı istehlakçılar Türkiyədə yerləşən e-ticarət şirkətlərindən alış-veriş etdikdə, onlar vasitəçi, başabaş çatdırılma xidmətinə malik olacaq.