2022-də ildə Qətərda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək.
"Kommersant" APA-nın Moskva bürosunun məlumatına istinadən xəbər verir ki, bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib.
O, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib:
"Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qatarda futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur".