USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə çayın qiyməti 43 faiz bahalaşıb

08.06.2023 İqtisadiyyat
7 34
2023 məhsulunun alış qiymətinin kiloqramı 0,82 AZN olaraq açıqlandıqdan sonra Çaykur quru çay qiymətlərini artırdı. O, çay üçün orta hesabla 43 faiz qiymət artımı edib.

Kommersant.az xəbər verir ki, Bloomberg HT-dən İrfan Donatın xəbərinə görə, topdansatış şirkətlərinə yeni qiymət siyahıları göndərilib.

Çaykurun ən çox istehlak edilən iki çay markası Tiryaki və Rize Turist kimi tanınır.

2023-cü ilin yanvar ayında nəşr olunan köhnə siyahıda 1 kiloqram Rize Turist çayının tövsiyə edilən pərakəndə satış qiyməti 7,12 AZN ikən, bu gün şirkətlərə göndərilən yeni siyahıda eyni çayın qiyməti 10,30 AZN olaraq təyin olundu. Beləcə Rize Turist çayı yüzdə 44,7 faiz qiymət artımı edib.

Son olaraq, Çaykurun bütün kateqoriyalarında orta qiymət artımı yüzdə 43-ə bərabərdir.