2,5 milyard lirə dəyərində saxta qəbz ələ keçirilib.
"Kommersant" xəbər verir ki, Ankaranın Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi qrupu tərəfindən keçirilən əməliyyatda 2,5 milyard lirə dəyərində saxta qəbzlər ələ keçirilib. Qəbzləri hazırlayan şəxsin isə şəhərdə olmadığı bildirilib.
Şöbəyə daxil olan məlumat üzərindən araşdırmaya başlayan polislər, uzun müddət qəbzləri hazırlayan şəxsi nəzarətə götürüblər və şəxsin şirkətlər quraraq saxtalaşdırma ilə məşğul olduğu ortaya çıxıb. Əməliyyat keçirən polislər şəxsin işlədiyi yerdən saxtalaşdırmaya dair maddi dəlillər və 20 fərqli şirkətlə çalışdığı ilə bağlı məlumatlar əldə edə bilsələr də, cinayətkarı yaxalamaq mümkün olmayıb.