ABŞ-ın nəhəng şirkətlərindən olan Johnson & Johnson, firmanın istehsal etdiyi talk pudrasını istifadə etdikdən sonra xərçəngə tutulduğunu iddia edən 22 qadına 4,7 milyard dollar təzminat ödəməyə məhkum edildi.
"Kommersant"ın BBC-yə istinadən xəbərinə görə, ABŞ-ın Missouri əyalətində keçirilən məhkəmədə hakim Johnson & Johnson talk pudrasının qadınlarda yumurtalıq xərçənginə gətirib çıxardığı hökmün verdi və şirkəti əvvəl 550 milyon dollar , daha sonra isə 4,7 milyard dollarlıq cinayət təzminati ödəməsi qərarını verdi.
Təxminən altı həftə davam edən dinləmələrdə şikayətçi qadınlar və ailələri Johnson & Johnsonun talk pudrasını istifadəyə başladıqdan sonra yumurtalıq xərçənginə tutulduqlarını izah etdilər. Johnson & Johnson şirkətinə talk tozu üçün 9000-dən çox adam tərəfindən iddia açıldı.
Şirkətdən edilən yazılı şərhdə məhkəmənin qərarının düzgün olmadığı və qərarın Apelyasıyaya veriləcəyi ifadə edildi.