Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tədarükünün may ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 1 milyon barrel azalaraq 100 milyon 200 min barrelə düşdüyünü bildirib.
Kommersant.az xəbər verir ki, OPEK-in aylıq neft bazarı hesabatına görə, qrupun may ayında gündəlik xam neft hasilatı əvvəlki aya görə 464 min barrel azalaraq 28 milyon 60 min barel olub.
OPEC-in qlobal neft hasilatındakı payı 28 faiz olaraq qeydə alınıb. Bu dövrdə OPEK daxilində xam neft hasilatı ən çox Nigeriya, İran və Anqolada artıb. Xam neft hasilatının ən çox azaldığı ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt olub.
Belə ki, qlobal neft təklifi may ayında əvvəlki ayla müqayisədə sutkada təxminən 1 milyon barel azalaraq 100 milyon 200 min barrel səviyyəsinə enib, ötən ilin səviyyəsindən isə təxminən 1 milyon 700 min barel çoxdur.