Yaşam standartları nəzərə alınaraq hazırlanan hesabata görə, dünyada iş şərtləri ən yaxşı olan ölkə Kanada olaraq təyin olundu.
Media araşdırma agentliyi olan PRNet iş şərtləri ən yaxşı olan ölkələri araşdırdı. "Kommersant" türk mətbuatına istinadən bildirir ki, PRNet-in məlumatına görə dünyanın ən firavan ölkəsi Kanadadır. Məlumdur ki, yaşam standartları Kanadada digər ölkələrdən daha yüksəkdir. İkinci yeri isə Kanadanı çox yaxından təqib edən Norveç tutur. Bu ölkədə burada orta hesabla illik əmək haqqının 33 min 492 dollar təşkil etdiyi bildirilir.
Norveçdən sonra siyahlda 4 ölkənin: Almaniya, İsveç, Braziliya və Rusiyanın adları yer alıb.
Siyahıda üçüncü olan Almaniyada işsizlik səviyyəsinin 100-də 5 olduğu bildirilib. Məhz bu amilin Almaniyanın bu siyahlya daxil edilməsində rolu çox böyük olub.