USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyutalarda altkoin dalğası davam edir

14.06.2023 İqtisadiyyat
7 3
Son bir neçə həftə kriptovalyutalar üçün çox çətin keçdi. ABŞ-da Binance və Coinbase-ə qarşı açılan iddialarla bazarlar qarışsa da, xüsusilə bu iddiaların ortaya çıxmasından sonra çox diqqət çəkən altkoinlərin xeyli dəyər itirməsi diqqət çəkir.

Kommersant.az xəbər verir ki, Bitcoin və Ethereumdan başqa əksər kriptovalyutaları əhatə edən bir sıra altkoinlər, keçən həftə ABŞ tənzimləyiciləri tərəfindən Binance və Coinbase birjalarına qarşı qaldırılan məhkəmə iddiaları ilə sarsıldı və tokenlərin qiymətlərinə zərbə vurdu.

CCData görə, ümumi dəyəri 100 milyard dollardan çox olan və ümumi bazarın təxminən 10 faizini təşkil edən 50-dən çox kriptovalyuta indi SEC nəzarətçisi tərəfindən qiymətli kağızlar hesab edilir.

Böyük oyunçular arasında yer alan Solana, polygon və cardano 32 faiz itki ilə üzləşib.