Tesla ABŞ-da satılan Model Y SUV avtomobilinin qiymətini 2 ayda 3 dəfə artırıb. Model Y yolsuzluq avtomobilinin qiyməti daha 250 dollar artaraq 47 740 dollar olub.
Kommersant.az xəbər verir ki, şirkət əvvəlki artımını aprel ayında etmişdi. O, Model X-in qiymətini təxminən 2,6 faiz artıraraq 97 min 490 dollara, Model S-in qiyməti isə təxminən 2,9 faiz artaraq 87 min 490 dollara yüksəldib.