USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada əhalinin 22 faizi yoxsulluq riski altındadır

14.06.2023 İqtisadiyyat
13 9
Bildirilib ki, ötən il Avropa İttifaqında (Aİ) 100 milyona yaxın insan yoxsulluq riski ilə üzləşib.

Kommersant.az xəbər ki, Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

Məlumata görə, keçən il Aİ-də əhalinin 22 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

Beləliklə, Aİ ölkələrində ümumilikdə 95,3 milyon insan yoxsulluq həddində yaşayırdı.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr Rumıniya (34%), Bolqarıstan (32%), Yunanıstan və İspaniyadır (26%).

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 13 faizlə Sloveniya və 16 faizlə Polşa olub.

Yoxsulluq səviyyəsi Almaniyada 20,9 faiz, Fransada 21, İtaliyada isə 24,4 faiz təşkil edib.