İyulun 13-də Azərbaycanda qızıl və gümüş bahalaşıb.
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, qızılın qiyməti iyulun 12-i ilə müqayisədə 0,6375 manat artaraq 1 troy unsiyası üçün 2 116,602 manat təşkil edib.
Gümüş 0,1758 manat bahalaşaraq 1 unsiya üçün 27,0898 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 13,4385 manat artaraq 1 428,0085, palladiumun qiyməti 10,455 manat artaraq 1 613,215 manat təşkil edib.