USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Metrosundan istifadə edən sərnişinlərin sayı 2,3% artıb

13.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 110,2 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1 faiz artım müşahidə olunub.


"Kommersant"
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 3,9 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 63,9 faizi avtomobil nəqliyyatı, 26,0 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,4 faiz təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 952,6 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,3 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyun ayları ərzində 6,7 milyon ton yük, 1277,4 min sərnişin daşınıb, 2017ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,2 faiz azalma, sərnişin daşınmasında isə 6,1 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 334 vaqon yüklənib, 396 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,4 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4292,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 faiz artıb. Yüklərin 53,9 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 4915,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4646,1 min tonunu və ya 94,5 faizini tranzit yüklər təşkil edib. 2018-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 115,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 23,7 faiz azalaraq 7,4 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 70,5 milyon ton yük, 831,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 1,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 1,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,3 faiz artaraq 118,4 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 mln.60,9 min və ya 7,8 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 33,6 faiz artaraq 102,9 min tona çatıb.