USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Suriyaya qrant və kreditlər

16.06.2023 İqtisadiyyat
7 3
Avropa İttifaqı (Aİ) Suriyanın gələcəyini dəstəkləmək üçün 7-ci Brüssel Konfransında ümumilikdə 9,6 milyard avro qrant və kreditin ayrıldığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlər, Suriyaya qonşu dövlətlər, Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Suriyanın gələcəyinə dəstək mövzusunda 7-ci Brüssel Konfransı başa çatıb.

Konfransın sonunda Aİ Komissiyasının böhranların idarə olunması üzrə məsul üzvü Janez Lenarçiç açıqlama verib.

"Mən qürur hissi ilə bildirirəm ki, biz ümumilikdə 5,6 milyard avro, 2023-cü il üçün 4,6 milyard avro, 2024-cü il üçün 1 milyard avro və daha çox məbləğdə qrant öhdəliyi götürmüşük", - deyə Lenarçiç bildirib.

Qrantlara əlavə olaraq verilən 3,8 milyard avro məbləğin yüzdə 70-nin AB və üzv ölkələrin payına düşdüyünü ifadə edən Lenarçiç, beynəlxalq maliyyə qurumları və donorların 4 milyard avroluq “güzəştli şərtlərlə kredit” verdiyini açıqladı.

Ümumilikdə 9,6 milyard avro qrant və kreditin toplandığını qeyd edən Lenarçiç, "Bu, beynəlxalq ictimaiyyətin Suriya xalqının yanında olduğunun konkret göstəricisi olduğuna inanıram" deyib.