USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

13.07.2018 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti iyulun 10-dan 12-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Biləsuvar, Neftçala və Salyan rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirib.

FHN-dən "Kommersant"-a bildiriblər ki, tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, Xidmət tərəfindən hazırlanmış yaddaş kitabçaları və plakatlar paylanılıb.
Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq bütün kənd təsərrüfatı maşınlarının mütləq ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər, süpürgələr ilə təmin olunmasının zəruriliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadəyə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının vacibliyi vurğulanıb.