USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kombayn çatışmazlığına və məhsul itkisinə baxmayaraq taxıl istehsalı artıb

14.07.2018 İqtisadiyyat
0 0
İyulun 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 1 milyon 806,2 min ton (keçən il 1 milyon 393,6 min ton) payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər (taxıllar) yığılmışdır.

Bu barədə "Kommersant"a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, bu il fermerlər kombayn tapa bilmədiklərindən və məhsulun sahədə məhv olduğundan şikayətlənirdilər.

Ölkədə əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2018-ci il iyul ayının 1-nə kimi tarlalardan 304,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox kartof, 593,3 min ton (5,8 faiz çox) tərəvəz, 39,9 min ton (10,0 faiz az) bostan məhsulları, 103,5 min ton (7,3 faiz çox) meyvə və giləmeyvə, 975,1 ton (8,2 dəfə çox) tütün, 360,7 ton (10,5 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

İSTİXANALAR ARTIR

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min ton olmuşdur.