Yanvar-may dövründə Şərqi Qara dəniz bölgəsindən 15 ölkəyə 46 milyon 312 min 374 dollarlıq türk qızılbalığı ixrac edilib.
Kommersant.az xəbər verir ki, Şərqi Qara Dəniz İxracatçılar Birliyi (DKİB) İdarə Heyətinin üzvü və Balıqçılıq Sektor Komitəsinin sədri İsmail Kobya ilin 5 ayında 6804 ton türk qızılbalığı ixrac edildiyini bildirib.
Kobya, Türk qızılbalığı ixracatının bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 199, dəyər baxımından isə yüzdə 187 faiz artaraq 2 min 273 ton gəlirlə 16 milyon 150 min 72 dollara çatdığını ifadə edib.
Bu dövrdə bölgəmizdən Rusiya Federasiyasına 39 milyon 752 min 496, Vyetnama 2 milyon 952 min 529, Belarusa isə 2 milyon 525 min 983 dollar türk qızılbalığı satılıb. Türk qızılbalığı ixracatında ölkələrin müxtəlifliyinə diqqət çəkən Kobya, keçən ilin eyni dövründən fərqli olaraq Myanma, İndoneziya, Malayziya, Almaniya, Cənubi Koreya Respublikası, Qətər və İsrailə də ixrac edildiyini qeyd edib.