Alman aviaşirkəti Lufthansa korporativ ödəniş xidmətləri provayderi AirPlus-u İsveç SEB-ə 450 milyon avroya satmağa razılaşıb.
Kommersant.az xəbər verir ki, Lufthansa Qrupunun verdiyi açıqlamada İsveç bankı SEB-nin Lufthansa-dan iş səyahətləri ödənişləri xidməti təminatçısı AirPlus-u (AirPlus Servicekarten GmbH) 450 milyon avroya almağa razı olduğu bildirilib.
Müqavilə AirPlus-un bütün beynəlxalq törəmə və filiallarını, eləcə də Almaniyanın Hessen əyalətinin Neu-İsenburq şəhərindəki Lufthansa AirPlus Servicekarten GmbH-ni əhatə edir.