USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

May və İyunda Azərbaycanda minik avtomobili istehsal edilməyib

14.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdir.

"Kommersant" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 dəfə çoxdur. İstehsal edilmiş avtomobillərin 100 ədədi anbarlarda olub (01.07.2018-ciil vəziyyətinə hazır məhsul ehtiyatı 100 ədəd).

2018-ci ilin yanvar-aprel və yanvar-may aylarında da Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, May və İyun aylarında minik avtomobili istehsal edilməyib.

2018-ci ilin yanvar-mart aylarında 59 ədəd, Apel ayında isə 71 ədəd minik avtomobili istehsal edilmişdi.

Azərbaycanda minik avtomobilləri istehsalçıları Naxçıvan Avtomobil Zavodu (NAZ-Lifan) və Neftçala Avtomobil Zavodudur (Khazar).

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, artıq 100-ə yaxın "Xəzər" avtomobilinin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

Cari ilin 6 ayı ərzində Azərbaycanda 849 ədəd traktor istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Traktorlar Gəncə Avtomobil Zavodunda istehsal edilir.