Böyük Britaniyanın dövlət borcu 62 ildən sonra ilk dəfə olaraq ümumi daxili məhsulu ötüb.
May ayında dövlət sektorunun borclanması iki dəfə artdıqdan sonra Böyük Britaniyanın borcu 1961-ci ildən bəri ilk dəfə olaraq ümumi daxili məhsulun 100 faizindən yuxarı qalxıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsi verdiyi açıqlamada, xalis dövlət borcunun ötən ay ÜDM-in 100,1 faizinə çatdığını və 1961-ci ilin martından bəri ilk dəfə olaraq 100 faizi keçdiyini bildirib.
Artım, dövlət sektorunun xalis borclanmasının may ayında 20 milyard funt-sterlinqə çatmasından sonra baş verir ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10,7 milyard funt-sterlinq çoxdur.
Bu rəqəm, aylıq qeydlərin tutulmağa başladığı 1993-cü ildən bəri may ayında ikinci ən yüksək borclanma rəqəmi idi. Reuters-in sorğusuna qatılan iqtisadçılar bunun 19,5 milyard funt sterlinq olacağını gözləyirdilər.