Londonun ICE birjasında qaz fyuçerslərinin dəyəri min kubmetr üçün 434 dollara düşüb. Ticarət məlumatlarına görə, yanacağın qiyməti gün ərzində demək olar ki, 2,5 faiz ucuzlaşıb. Gündəlik minimumda fyuçers 421,46 dollar dəyərində olub.
İyunun əvvəlində Avropanın ən böyük mərkəzi TTF-nin indeksi üzrə qaz fyuçersləri son iki ilin minimumuna düşüb. Onların dəyəri min kubmetr üçün 268 dollardan aşağı düşüb. Mütəxəssislər bunu Avropada görülən qaza qənaət tədbirləri və havaların isti keçməsi ilə izah ediblər. Qiymətlərə bərpa olunan enerji mənbələrinin inkişafındakı irəliləyişlər və mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün yeni terminalların işə salınması da təsir göstərib.