Kiyev administrasiyası xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna ərazisindən təbii qaz axını gələn il dayana bilər.
Kommersant.az xəbər verir ki, Ukraynanın energetika naziri bildirib ki, Rusiya qazını Avropaya daşıyan sonuncu arteriyalardan biri gələn ilin sonunda, Ukraynanın Rusiyanın enerji nəhəngi “Qazprom”la tədarük müqaviləsi başa çatdıqda bağlana bilər.
Mövzu ilə bağlı Financial Times-a danışan Ukraynanın energetika naziri German Qaluşenko Kiyev və Moskvanın 2019-cu ildə imzalanmış 5 illik tranzit müqaviləsinin yenilənməsi ilə bağlı razılığa gəlmək şanslarının zəif olduğunu bildirib. Ukraynadan keçən marşrut Avropanın ümumi qaz idxalının təxminən 5 faizini təşkil edir.