USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftimiz ucuzlaşdı

24.06.2023 İqtisadiyyat
14 18
İyunun 23-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,16 dollar ucuzlaşaraq 76,57 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar ucuzlaşaraq 74,89 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,39 dollar ucuzlaşaraq 52,04 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 23-də 0,67 dollar ucuzlaşaraq 73,12 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 23-də 0,67 dollar ucuzlaşaraq 73,12 dollar olub.