USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyədən İtaliya şirkətinə 2 milyard dollarlıq layihə

25.06.2023 İqtisadiyyat
7 0
İtaliyanın Maire şirkəti Səudiyyə Ərəbistanında 2 milyard dollarlıq müqavilə layihəsi aldığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, İtaliyanın Maire Tecnimont SpA şirkəti şənbə günü Səudiyyə Ərəbistanında 2 milyard dollarlıq yeni neft-kimya müqavilələri aldığını açıqladı.

İtalyan şirkəti tərəfindən verilən açıqlamada, bu iki müqavilənin Səudiyyə Aramco və Fransanın TotalEnergies-in birgə müəssisəsi olan Satorp neft emalı zavodunda neft-kimya fəaliyyətlərinin böyüməsinə imkan verəcəyi bildirilib.

Şirkət bildirib ki, yeni müqavilələr Maire üçün bu il indiyədək 2,8 milyard dollarlıq yeni sifarişlər deməkdir.