Qurban bayramı Türk lirəsini bazarda stabil saxlayır.
Kommersant.az xəbər verir ki, Türkiyədə Qurban bayramına görə elan olunan rəsmi tətil birjaların qapanmasına və buna görə də dolların Türk lirəsi qarşısında az bir müddət stabil qalmasına kömək edib. Belə ki, 1 ABŞ dolları 5 gün ərzində 25.80 Türk lirəsinə bərabər olub və bu müddət ərzində 0.24 lirə dəyər qazanıb. Birjaların rəsmi açılışından sonra isə 1 dolların 26 lirədn bir qədər baha satılacağı proqnoz edilir.