USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya neft klapanlarını bağlayacaq

03.07.2023 İqtisadiyyat
42 1
Ukraynanın işğalından sonra ABŞ və Qərbin sanksiyaları ilə üzləşən Rusiya avqust ayında neft ixracını 500 min barel azaldacaq.

Kommersant.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

Qeyd edək ki, ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının avqust ayında gündəlik neft hasilatını bir milyon barel azaltmağa davam edəcəyini açıqlamasından sonra neft qiymətləri yüksəlib.