USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hasarlanmış dəniz sahilləri - Bu dövlətin qanunlarının pozulması, insanların soyulmasıdır

03.07.2023 İqtisadiyyat
26 7
Son günlər istirahət üçün dənizə üz tutan insanların şikayəti artıb.

Sosial şəbəkələrdə yayılan bir çox görüntülərdə sakinlər bildirib ki, dənizə getmək istəyəndə onların istirahətinə müxtəlif formalarda maneələr törədilir. Elə sahibkarlar var ki, dənizi icazəsiz zəb edərək giriş haqı tələb edirlər. Bəs bu doğrudurmu?

Kommersant.az məsələni Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov deyib ki, bir çox ölkələrdə dənizə giriş zamanı heç bir pul alınmır. Lakin müəyyən xidmətlərdən istifadə edirsənsə, bu zaman müəyyən ödənişlər alınır:
“Mən tək-tək ölkələrdə məsələn, Tailanda, İtaliyada girişdə pul ödənilməsini görmüşəm.
Bu məsələdə Türkiyə çimərliklərini nümunə götürmək olar. Bu çimərliklərin bir çox üstün cəhətləri var.
Demək olar ki, orada dənizin heç bir yerdə hasarlanması məsələsi yoxdur. Bu çimərliklər ya özəl qurumlara verilir, yaxud da açıq, təhlükəsiz, sərbəst çimərliklər yaradılır.

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda dəniz sahillərinin bir hissəsinin turizm üçün istifadəyə verilməlidir ki, dövlət büdcəsinə burdan müəyyən pullar gəlsin:

“Lakin dəniz kənarında bir çox ərazilər hasarlanıb, böyük villalar tikilib”.

Birlik sədri bildirib ki, bu problem təkcə dəniz kənarı ərazilərə aid deyil. Bakıdan üzü bölgələrə gedəndə belə problem görmək olar:
“Bakı-Hacıqabul yolund uzun-uzun hasarlar çəkilib də evlər tikilibdir və o yerlər heç bir istirahət mərkəzinə çevrilməyib ki, dövlət büdcəsinə pul gəlsin. Eləcə də Xəzər dənizinin ayrı-ayrı müxtəlif sahələrində də belə hal mövcuddur. Mən heç bir ölkədə dənizin bu cür hasarlanmasını görməmişəm, o cümlədən Yeni zellandiyada, Avstraliya kimi kapitalist ölkəsində, Portuqaliya kimi ölkələrdə də dənizin bu cür hasarlanıb insanlardan təcrid olunmasını görməmişəm.
“Ölkədə ictimai nəzarətə dair çağırış başlayanda mən dedim ki, ictimai nəzarət edən insanlar hasarların sökülməsinə nail olsa biz bilərdik ki, ölkədə doğurdan da ictimai nəzarət var” -deyə o, əlavə edib.
Eyyub Hüseynov qeyd edib ki, Azərbaycandakı bu vəziyyətdən sahibkarlar sui-istifadə edir və insanların soyulmasına rəvac verirlər:
“Və üstəlik, çimərliklərə giriş pulu verəndə heç bir kassa çeki mədaxil ordeni vermirlər. Bu da dövlətin qanunlarının pozulması, insanların soyulmasıdır. Düşünürəm ki, Azərbaycana belə hal yaraşmaz, bu çox əcaib bir haldır və istehlakçı hüquqlarının pozulmasıdır”.

  • Əvvəlki

    Pensiya islahatlarının aparılmasına ehtiyac var - İqtisadçı

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0