Boş qalan evlərin rayon xəritəsi çəkiləcək, vergi artırılacaq. Həddindən artıq kirayə haqqına qarşı 25 faiz artım limiti tətbiq edən hökumət, boş saxlanılan evlərin vergisini artırmağa hazırlaşır.
Kommerasant.az xəbər verir ki, həddindən artıq kirayə haqqına qarşı 25 faiz artım limiti tətbiq edən hökumət, boş saxlanılan evlərin vergisini artırmağa hazırlaşır.
Türkiyənin hər yerində boş qalan evlərin regional xəritəsi cızılacaq, yüksək kirayə haqqı gözlənərək boş qalan evlərin vergiləri artırılacaq.
Sahibkarların yüksək vergi əvəzinə satış qiymətində endirimə və ya icarəyə üstünlük verməsi təmin ediləcək. Yeni Şafakdan Rəsul Ekrem Şahanın xəbərinə görə, qısa müddətdə həyata keçiriləcək tətbiq boş mənzil qıtlığının yaşandığı şəhərlərdə daşınmaz əmlak vergisi yükünü artıracaq.
Beləliklə, bu evlərin yaşayış üçün açılması hədəflənəcək. Sahibkarlar yüksək vergi ödəmək əvəzinə evin satış qiymətini və ya kirayəsini aşağı sala biləcəklər.