USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Talıbovların daha bir şirkəti satıldı — “Badamlı”nın yeni sahibi kimdir? - FOTO

04.07.2023 İqtisadiyyat
19 9
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailəsinə məxsus olan daha bir şirkətin sahibi dəyişib.

Kommersant.az APA-ya istinadən xəbər verir ki, Talıbovlara məxsus olan "Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, "Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, "Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.

  • Əvvəlki

    Zəlzələ panikasından necə qurtulmaq olar? - Psixoloq açıqlayır

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0