“Fərdi evlərə tələbat hər il may ayından başlayaraq sentyabr ayının əvvəlinə, yəni avqust ayının sonuna qədər davam edir ki, bu aralarda da hər il təqribi 15- -20 faiz həyət evlərində qiymət artımları baş verir”.
Kommersant.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dünən Azərbaycanda baş verən 5.7 bal gücündə zəlzələnin daşınmaz əmlak bazarına təsiri haqqında danışarkən deyib.
Ekspet qeyd edib ki, ümumiyyətlə buaylardaqiymət artımları həyət evlərində həm də torpaq sahələrində baş verir:
“Lakin hər hansısa bir forsmajor hadisələr baş verərsə, yəni zəlzələ, təbii fəlakət, kəskin istilər o zaman təbii ki, əmlak bazarında yeni həyət evlərinə olan yeni alıcı kütləsi artır ki, bu da tələb artdığı, təklif azaldığı zaman qiymət artımına gətirib çıxara bilər”.
Dünənki zəlzələnin əmlak bazarına təsiri haqqında danışan Elnur Fərzəliyev bildirib ki, dünənki zəlzələ dənizdə baş verdi və Azərbaycanın şimal bölgəsində daha çox hiss olunduğu üçün paytaxt ərazisində elə də ciddi hiss olunmadı. Ölkə ərazisində ümumi satılan əmlaklara nəzər yetirsək isə görərik ki, satılan əmlaklar paytaxt Bakı şəhərində yerləşir:
“Yəni paytaxt Bakı və Abşeron ərazisində alqı satqıların həcmi ölkə üzrə bütün alqı satqılardan daha çox olduğuna görə, zəlzələ elə böyük hiss olunmadığına və hər hansısa bir fəsad vermədiyinə görə düşünürəm ki, bu səbəbdən əmlak bazarında elə də ciddi qiymət artımı baş verməyəcək”.
Ekspert əlavə edib ki, zəlzələ və yaxud hər hansısa bir təbii fəlakət zamanı daha çox hündürmərtəbəli bina evlərinə tələbat azalır və tələbat, həyət evlərini artır, həyət evlərinə tələbat daha çoxalır:
“Lakin ümumən biz baxsaq, yay mövsümü olduğuna görə yay mövsümündə ümumiyyətlə bina evlərinə tələbat az olur. Həyət evlərinə tələbat çox olur. Yəni baş vermiş tələbatın dünən baş vermiş zəlzələ ilə elə bir əlaqəsi yoxdur. Bu, mövsümü xarakter daşıyan bir prosesdir ki, hər il bu aylarda həyət evlərinə tələbat çoxalır”.