İstanbul Yeni Hava Limanından ilk uçuş Azərbaycana olacaq

14.07.2018
İqtisadiyyat
0
0
Bu il oktyabrın 29-da rəsmi mərasimlə ilk fazası istifadəyə veriləcək İstanbul Yeni HavaLimanından ilk uçuşlar oktyabrın 31-də olacaq.
"Kommersant" APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə xəbər verir ki, bunu bu gün "Türkiyə Hava Yolları"nın direktoru Bilal Ekşi bildirib.
"Türkiyə Hava Yolları"nın yeni limana daşınması prosesi 31 oktyabr saat 02.00-da başlayacaq və 12 saat davam edəcək. B. Ekşi deyib ki, hava limanından ölkə daxilinə ilk uçuş 31 oktyabr saat 14.00-da Ankaraya, ilk xarici hava reysləri isə Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq.
Qeyd edək ki, İstanbul Yeni Hava Limanı istifadəyə verildikdən dünyada ən böyük hava limanı olacaq. Bu limandan il ərzində 200 milyon sərnişin istifadə edə biləcək. Hava limanından dünyanın 300 nöqtəsinə uçuşlar təşkil olunacaq.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0