USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin bankları dollar depozit faizlərini aşağı salıb

05.07.2023 İqtisadiyyat
10 24
Çinin bank nəhəngləri yuanın dollar qarşısında ucuzlaşmasını dayandırmaq üçün bir ayda ikinci dəfə dollar depozit faizlərini aşağı salıb.

Kommersant.az xəbər verir ki, Reuters xəbər agentliyinə danışan yeddi bank mənbəsi, səlahiyyətlilərin yuanın ucuzlaşmasının qarşısını almaq üçün səyləri gücləndirdiyi üçün Çinin əsas dövlət banklarının bir ayda ikinci dəfə dollar depozit faizlərini aşağı saldığını söylədi.

Beş bankdan faiz hərəkəti

Media ilə danışmaq səlahiyyəti olmadığı üçün adlarının açıqlanmasını istəməyən bu şəxslər bildiriblər ki, “Böyük Beşlik” dövlət kreditorlarının əksər dollar depozitləri üçün təklif etdiyi faiz dərəcələri indi 2,8%, daha əvvəl isə 4,3% səviyyəsində məhdudlaşdırılıb.

Adətən dövlət banklarına dollar depozit faizlərində liderlik edən Çin Xalq Bankı (PoBC) mövzu ilə bağlı açıqlama verməkdən çəkinib.

Dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salan Çin bank nəhəngləri arasında Çin Sənaye və Kommersiya Bankı, Çin Bankı, Çin Kənd Təsərrüfatı Bankı, Çin İnşaat Bankı və Rabitə Bankı kimi bankların adı çəkilir.

Analitiklərin fikrincə, yuanın uzunmüddətli enişinin həm xarici investisiyaların qarşısını ala, həm də vəsaitlərin xaricə çıxışını təşviq edə biləcəyindən narahat olan siyasətçilər zəifləyən iqtisadiyyata həyat xətti vermək üçün tez-tez ofşor faizləri izləyən dollar depozit dərəcələrini aşağı salınmış daxili faiz dərəcələrinə yaxınlaşdırmaq istəyirlər.

  • Əvvəlki

    Keçmiş ABŞ casusu: NATO Rusiyaya qarşı dura bilməz

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0