USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əvvəlki tramvay xətlərinin bərpası çətin olacaq - SƏBƏB

05.07.2023 İqtisadiyyat
23 45
“Bəzi ölkələr hətta əvvəl dizel, daha sonra benzinlə işləyən daxili yanma mühərriklərindən imtina ilə bağlı qərar verib. Təbii ki, bu da dövlətlərin maddi vəziyyətindən sonra müəyyən zaman alacaq”.

Kommersant.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa ekoloji cəhətdən təmiz avtomobillərə keçidlə bağlı danışarkən deyib.

Ekspert deyir ki, dövrün tələbi budur. Artıq bütün dünya ölkələri yaşıl enerjiyə keçməyə qərar veriblər:
“Çünki ekologiyada çıxılmaz vəziyyət yaranıb.
Zavodların, fabriklərin tüstüsü, avtomobillərin atmosferə atdığı zərərli qazlar atmosferə təsir göstərir. Bu da qlobal istiləşmə, problemlərə gətirib çıxarır. Bunun üçün də yaşıl enerji – yəni daxili yanma mühərriklərindən imtina edərək, elektrikli mühərriklərə keçmək, eyni zamanda da elektrik enerjisini alternativ mənbələrdən – günəş, külək enerjisindən və s.yönündə addımlar atılmalıdır”.

Yasin Mustafa bildirir ki, bunu bütün nəqliyyat vasitələrinə tətbiq etmək mümkündür:
“Ölkəyə gətirilən yeni avtobuslar hazırda daxili yanma mühərrikləri ilə işləyir. Halbuki dünyanın bir çox ölkələrində yeni alınan avtobuslar elektriklə işləyir. Bu tendensiyanı biz qaçırdırıq. Bu bizə həm maddi cəhətdən , həm də ekoloji cəhətdən faydalı olacaq”.

“Ölkədə yenidən travmay xətlərinin bərpası mümkündürmü” sualına cavab verən ekspert qeyd edib ki, tramvay xətlərinin tam əvvəlki yəni Sovetlər dövründə olan xətləri bərpa etmək bizim üçün çətin olacaq. Çünki həmin yerlərdə yüksək mərtəbəli binalar, digər komunikasiya vasitələri tikilib. Amma müəyyən istiqamətlərdə bunu etmək mümkün olacaq”.
“Mən tramvaylardan daha çox ikitəkərli nəqliyyat vasitələrinə, velosipedlərə, scooter, digər vasitələrə üstünlük verməyi, bunlar üçün infrastrukturun yaradılmasını təklif edərdim” – deyə Yasin Mustafa əlavə edib.

  • Əvvəlki

    Ağ Ev Ukraynanın NATO-ya daxil olması üçün şərt sadalayıb

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0